Robert Prosineçkinin istefasından sonra Azərbaycan futbolunu düşündürən ən ümdə məsələ milli komandanın boş qalan baş məşqçi postuna kimin gətirilməsidi.

Futbolinfo.az xəbər verir ki, əksəriyyətin düşündürdüyü “yerli, yoxsa əcnəbi” sualının cavabını tapmaq üçün yığmamızın tarixinə nəzər salmaq olar.

 
İlk qarşılaşmasını 1992-ci ildə keçirən komandamız uzun illər məhz yerli çalışdırıcılara güvənib. Lakin son illər bu tendensiya dəyişib və əcnəbilərə üstünlük verilib.
 
Say baxımından öz məşqçilərimizin millidə üstünlük təşkil edib. İndiyədək 10 çalışdırıcı yığmada şans qazanıb.  Əhməd Ələsgərov, Ələkbər Məmmədov, Ağasəlim Mircavadov, Kazbek Tuayev, Vaqif Sadıqov, Əsgər Abdullayev, İqor Ponomaryov, Şahin Diniyev, Mahmud Qurbanov və Nazim Süleymanov belə imkan qazanıb. Düzdü, sonuncu iki məşqçi başsız qalan komandanı müvəqqəti çalışdırıcı kimi 1 matça çıxarıb. Amma yenə də onlar yığma tarixinə düşə biliblər.
 
Legioner məşqçilər isə cəmi 4 nəfər olub. 2004-cü ildə ilk legioner baş məşqçi olan Karlos Alberto Torresin davamçıları Qyoko Hacıyevski, Berti Foqts və Robert Prosineçki olub.
 
10 yerli və 4 gəlmənin nəticələrini müqayisə etmək mümkündü. Oyun sayında fərqin az olmamağı müqayisəni xeyli asanlaşdırır. İndiyədək 234 matça çıxan komandamız 119 dəfə yerli, 115 dəfə əcnəbilərlə qüvvəsini sınayıb. Prosineçki 4 matç duruş gətirsəydi, tarazlıq yaranacaqdı.
 
Lakin az sayda oyunda şans qazanan əcnəbilər 2 qələbə, 8 heç-heçə və 12 qol üstünlüyünə malikdi. Təbii ki, məğlubiyyət sayı və buraxılan qollar da legionerlərdə daha azdı.
 
Amma yerli və əcnəbiləri effektlilik faizi ilə müqayisə etmək daha maraqlıdı. Yəni onlar  mümkün olanın neçə faizini əldə edib. Söhbət nisbi olaraq hesablanan xallardan gedir. Yoxlama oyunlarında xal hesablanmasa da, qələbəyə görə 3 xal nəzərə alıb, rəqəmlərə göz gəzdirmək olar. Yerlilər 119 matçda mümkün olan 357 xalın 90-nı əldə edib. Bu da təxminən 25 faizdi. Legioner məşqçilərdə isə bu rəqəm demək olar ki, 30 faizdi.
 
Düzdü, gəlmələr özümüzkülərdən daha yaxşı nəticəyə imza atıb. Amma bu fərq çox cüzidi. 5 faizlik fərqə görə xaricdən məşqçi axtarmağa dəyib-dəymədiyi isə əsl müzakirə mövzusudu. 25 faizlik göstəricini 30-a qaldırmaq üçün axtarışlar aparmaq, uzun-uzadı danışıqlar və digər çətinliklərə görəsən nə dərəcədə ehtiyac var?
 
 
O
Q
H
M
T
X
FAİZ
yerlii
119
21
27
71
79-220
90
25,21
əcnəbi
115
23
35
57
91-180
104
30,14
cəmi
234
44
62
128
170-400
194
27,64
 
Seçmə mərhələlərdə də yerlilərlə əcnəbilər təxminən eyni sayda oyun keçirib. Öz məşqçilərimiz 60, gəlmələr 58 dəfə şans qazanıb. Burada da legionerlərin üstünlüyü göz qabağındadı. Foqts və Prosineçki ilə ən yaxşı tsiklləri keçirməyimiz də buna nümunədi.
 
Amma seçmə oyunlarında da ümumilikdə ciddi fərq yoxdu. Yerlilər mümkün olan xalların yuvarlaq şəkildə 13 faizini qazanıb. Əcnəbilərdə isə bu rəqəm 22-di. Seçmə oyunlarındakı fərq 9,63 faizə bərabərdi. Əslində yuvarlaqlaşdırdıqda 10-a çatan bu rəqəm böyük fərq sayılardı. Əgər 50-dən 60-a, 60-dan 70-ə qədər qaldırılmış olsaydı. Amma həm yerlilər, həm də əcnəbilər mümkün olanın 1/4-ni də qazana bilmirsə, ordakı fərqin ciddi önəmi yoxdu. (Apasport)
 
 
O
Q
H
M
T
X
FAİZ
yerlii
60
5
8
47
25-144
23
12,78
əcnəbi
58
8
15
35
40-107
39
22,41
cəmi
118
13
23
82
65-251
62
17,51
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp