Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsində İspaniyanın “Atletiko” klubuna qarşı keçirəcəyi səfər matçına hazırlıq proqramı bəlli olub.

Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi Madriddə bir məşq keçəcək. Oktyabrın 29-da yola düşəcək Azərbaycan çempionu ertəsi gün qarşılaşmanın keçiriləcəyi “Vanda Metropolitano” stadionunda məşq keçəcək. Baş məşqçi Qurban Qurbanov yerli vaxtla 18:30-da (Bakı vaxtı ilə 20:30) futbolçuları məşqə çıxaracaq.

“Atletiko” isə oyunöncəsi son məşqini 17:30-da “Visente Kalderon”da keçəcək. Lakin baş məşqçi Dieqo Simeone jurnalistlərin önünə “Vanda Metropolitano”nun konfrans zalında çıxacaq.

Qeyd edək ki, “Atletiko” – “Qarabağ” matçı oktyabrın 31-də keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp