Azərbaycan millisinin baş məşqçisi postundan ayrılan Robert Prosineçkinin yığmamızda çalışdığı müddətdə güvəndiyi futbolçuların siyahısı bəlli olub.

Futbolinfo.az xəbər verir ki, 3 il çalışdırdığı yığmanı 23 matça çıxaran xorvatiyalı bu müddətdə 49 oyunçuya şans verib.

 
Prosineçkinin ən sevimli futbolçusu Qara Qarayevdi. Xorvatiyalı baş məşqçi olduğu 23 oyundan yalnız birində bu yarımmüdafiəçiyə ehtiyac duymayıb. Dmitri Nazarov isə 20 oyunda baş məşqçisinin etimadını qazanıb. Üç oyunçu – Əfran İsmayılov, Ruslan Qurbanov və Rahid Əmirquliyevdə bu rəqəm 19-a bərabərdi.
 
49 oyunçudan 12-ni millidə təsadüfi qonaq saymaq olar. Çünki bu futbolçular hərəsi 1 matçda meydana çıxıb.
 
Prosineçki Azərbaycan futbolunun yetirməsi olmayan 15 oyunçuya da şans verib. Almaniyalılar Dəniz Yılmaz, Tuğrul Erat, Ufuk Budak, Rinat Dadaşov, braziliyalı Riçard Almeyda, ispaniyalı Eddi İsrafilov, qazaxıstanlı Dmitri Nazarov, rusiyalılar Ruslan Qurbanov, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Ramil Şeydayev, Məhəmməd Qurbanov, Emin Mahmudov və ukraynalı Pavel Paşayev yığmasının şərəfini qoruyub. Düzdü, bu milliləşənlər, yəni futbol vətəndaşlığını dəyişənlər arasında əslən azərbaycanlı olanlar da var. Amma onlar bizim deyil, xarici ölkə futbolunun yetirmələridi.
 
Baş məşqçi postunda Prosineçkin olduğu vaxtda yığmada 4 kapitan olub. Rəşad Sadıqov 17, Rahid Əmirquliyev 4, Ruslan Abışovla Maksim Medvedev hərəyə 1 dəfə meydana kapitan sarğısı ilə çıxıb.
 
Bu 3 ildə 11 futbolçumuz qol vurub. Xorvatiyalını ən çox sevindirən isə Dmitri Nazarov olub. O, Prosineçkini 5 qolla sevindirib. Əfran İsmayılov 4 dəfə qol sevinci yaşayıb. Rahid Əmirquliyevlə Araz Abdullayev hərəsi 2, Ruslan Qurbanov, Rəşad Sadıqov, Maksim Medvedev, Tərlan Quliyev, Ağabala Ramazanov, Ramil Şeydayev, Cavid Hüseynov isə hərəyə 1 dəfə qol vurmağı bacarıb. Daha iki qol isə Moldova və San-Marino yığmasının avtoqolu sayəsində gerçəkləşib.
 
Prosineçkili yığmanın hər iki qırmızı vərəqəsini Bədavi Hüseynov alıb. O, bir dəfə ikinci sarıya görə, digərində birbaşa meydandan qovulub. Qara Qarayevlə Dmitri Nazarov sarı vərəqələrdə “liderdi” – 4 dəfə.
 
 
futbolçu
O
S
K
D
Q
SV
QV
1.
Qara Qarayev
22
19
0
1733
0
4
0
2.
Dmitri Nazarov
20
17
0
1423
5
4
0
3.
Rahid Əmirquliyev
19
17
4
1542
2
2
0
4.
Əfran İsmayılov
19
18
0
1446
4
0
0
5.
Ruslan Qurbanov
19
15
0
1244
1
2
0
6.
Kamran Ağayev
18
18
0
1620
-31
1
0
7.
Bədavi Hüseynov
18
16
0
1483
0
4
2
8.
Məhəmməd Mirzəbəyov
18
16
0
1411
0
0
0
9.
Rəşad Sadıqov
17
17
17
1395
1
1
0
10.
Maksim Medvedev
14
14
1
1188
1
3
0
11.
Arif Daşdəmirov
13
12
0
1106
0
1
0
12.
Ağabala Ramazanov
11
6
0
624
1
1
0
13.
Cavid Hüseynov
10
10
0
825
1
1
0
14.
Ramil Şeydayev
10
6
0
534
1
1
0
15.
Namiq Ələsgərov
10
5
0
374
0
1
0
16.
Araz Abdullayev
9
3
0
317
2
0
0
17.
Eddi İsrafilov
8
3
0
232
0
0
0
18.
Pavel Paşayev
7
6
0
549
0
0
0
19.
Ruslan Abışov
6
4
1
379
0
0
0
20.
Tərlan Quliyev
6
3
0
316
1
0
0
21.
Riçard Almeyda
5
5
0
450
0
1
0
22.
Elvin Məmmədov
5
2
0
223
0
0
0
23.
Səlahət Ağayev
4
4
0
315
-6
0
0
24.
Vüqar Nadirov
4
1
0
146
0
0
0
25.
Məhəmməd Qurbanov
3
2
0
154
0
0
0
26.
Rəhman Hacıyev
3
2
0
109
0
0
0
27.
Coşqun Diniyev
3
0
0
101
0
0
0
28.
Mahir Mədətov
3
1
0
94
0
0
0
29.
Rəşad Sadiqov
3
0
0
71
0
0
0
30.
Təmkin Xəlilzadə
2
2
0
180
0
0
0
31.
Cavid Tağıyev
2
1
0
135
0
0
0
32.
Emin Mahmudov
2
1
0
82
0
1
0
33.
Dəniz Yılmaz
2
0
0
68
0
0
0
34.
Rauf Əliyev
2
0
0
54
0
0
0
35-36
Rəşad Eyyubov
2
0
0
42
0
0
0
 
Ürfan Abbsov
2
0
0
42
0
0
0
37.
Tuğrul Erat
2
0
0
39
0
0
0
38-41
Adil Nağıyev
1
1
0
90
0
0
0
 
Anar Nəzirov
1
1
0
90
0
0
0
 
Budaq Nəsirov
1
1
0
90
0
0
0
 
Ufuk Budak
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp