Şotlandiyanın “Reyncers” klubu baş məşqçisi Pedru Kayşinya ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

46 yaşlı mütəxəssislə yolların ayrılmasına səbəb, komandanın son vaxtlar qənaətbəxş nəticələr qazanmamasıdı. “Reyncers” Şotlandiya Premyer Liqasının cari mövsümündə 10 turdan sonra 18 xalla 4-cü pillədə qərarlaşıb.

Kayşinyanı yeni baş məşqçi təyin olunana kimi, müvəqqəti olaraq Qrem Merti əvəz edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp