2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının mükafat fondu açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, növbəti mundialın mükafat fondu 400 milyon dollar təşkil edəcək. Bu barədə FIFA-nın Hindistanın Kəlküttədə şəhərində baş tutan toplantısında qərar qəbul olunub.

Qeyd edək ki, DÇ-2014-ün mükafat fondu 358 milyon dollar olub. Mundialın qalibi Almaniya 35 milyon, finalçı Argentina 25 milyon, bürünc mükafatçı Hollandiya isə 22 milyon dollar əldə edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp