“Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində səfərdə Madrid "Atletiko"suna qarşı keçirəcəyi səfər oyunu üçün Ağdam klubuna bilet ayrılıb.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanda yaşayan azarkeşlər üçün Bakıda satışa çıxarılan biletlərin ümumi sayı 200 ədəd olub və bu günə olan məlumata görə, həmin biletlərin hamısı satılıb. Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Atletiko” – “Qarabağ” oyunu oktyabrın 31-də baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp