– Ramiz Məmmədovun baş məşqçi postuna təyinatının əslində, mövsümün əvvəlində gerçəkləşməli olduğu yönündə söz-söhbətlər var. Bunun bir “torbatikmə əməliyyatı” olduğu yönündə ittihamları necə qəbul edirsiniz?
– Yenə deyirəm: Komanda Ramiz Məmmədova 4 oyunluq həvalə olunub. Baş məşqçi məsələsinə dekabrda qayıdacağıq. O zaman komandanın yerli və ya əcnəbi baş məşqçiyə tapşırılması bilinəcək. "Keşlə" mövsümün ilk yarısının sonuna qədər Məmmədova tapşırılıb. Başqa söhbət ola bilməz. O ki, qaldı "torba-morba"ya, bunların hamısı uydurma məsələlərdir. Klubun rəhbəri kimi bunu sizə rəsmən açıqlayıram.
 
– Sizcə, Ramiz Məmmədovun təyinatı birmənalı qarşılanacaq?
– Bizim komandaya nəticə lazımdır.
 
Bu, “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundovla müsahibədən kiçik hissədi. Və bu, həmin Axundovdu ki, yayda “Rauf Əliyev mütləq düşərgəmizə qayıdacaq” demişdi. Yəni, ciddiyə almayın – danışır da…
 
Axundov hörmətli adamdı, əli çox yerə çatır, başqası bir əlində iki qarpız saxlaya bilmirsə, o, “Keşlə”də sədrdi, AFFA İcraiyyə Komitəsinin üzvüdü, Futzal Federasiyasının prezidentidi, “Araz”ın yiyəsidi və s. və i. Amma sözü hörmətsiz edir, nə gəldi danışır. Yayda mətbuat Ramiz Məmmədovun mütləq Zaur Svanadzenin torbasını tikmək üçün gətirildiyini yazanda da belə olmayacağını deyirdi. Yazdıqlarımız həqiqətə çevrilibsə, buna görə kimləsə utanmalıdı.
 
İndi Axundov Məmmədovun cəmi 4 oyunluq baş məşqçi olacağını deyir, biz isə iddia edirik ki, uzun müddət qalacaq və qışda ediləcək tranferlərdə də şərik kimi çalışacaqlar. Çünki hər ikisinin ölkə futbolundakı fəaliyyətindən tam məlumatlıyıq, hansının hansı yollarla hardan hara gəldiyini görmüşük.
 
Yeri gəlmişkən, Məmmədov son günlər müxtəlif məkanlarda müxtəlif adamların yanında ağzına gələni danışıb. Guya ki, mətbuat kimlərinsə sifarişi ilə onun haqqında belə yazılar yazır. “Tərtəmiz” insan kimi tanınan Ramiz bəyin Fatih Kavlaka torba tikən əlaltılarının canına and içirik ki, belə şey yoxdu. Əlimizi Aleksandr Çertoqanovla böldüklərinin üstünə qoyub, and içə bilərik ki, hətta ayaqqabımızın altı bəzilərinin vicdanından yüz dəfə təmizdi. Sifarişlə “Keşlə”yə gətirilən də biz deyilik, “daydaylı” Məmmədovdu. İllərdi işsiz ola-ola birdən-birə iddialı komandaya gələn Məmmədov…
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp