Futbol üzrə Türkiyə Super Liqasında 10-cu turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Kasımpaşa” “Göztəpə”ni qəbul edib. 4 qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb.

İkinci oyun günündə 3 görüş baş tutub. Son çempion "Beşiktaş" səfərdə "Alanyaspor"a qalib gəlib. "Yeni Malatyaspor" da "Gənclərbirliyi" üzərində qələbəyə sevinib. "Başakşəhər" isə "Akhisar"ı məğlub yola salıb.

Həftənin maraq doğuran oyunlarından biri bazar günü keçirilib. Lider “Qalatasaray” “Trabzonspor”un qonağı olub. "Sarı qırmızılar" bu oyunda ilk məğlubiyyət acısını yaşasalar da, turnir cədvəlində vahid liderliklərini qoruyurlar. 

Günün digər oyunları arasında "Bursaspor"un doğma meydanda "Antalyaspor"a 4 cavabsız qolla qalib gəlməsi diqqətçəkən olub. "Konyaspor" evdə "Osmanlıspor"a, "Sivasspor" isə səfərdə "Karabükspor"a qalib gəlib.

Son oyun günündə "Fənərbaxça" doğma meydanda "Kayserispor"la qarşılaşıb. 6 qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib.

Türkiyə Super Liqası
10-cu tur

27 oktyabr

Kasımpaşa – Göztəpə 3:1
Qol: Mensah, 10. Murilyo, 53. Popov, 79 – Kastro, 47.

28 oktyabr

Gənclərbirliyi – Yeni Malatyaspor 0:1
Qol: Butaib, 68.

Başakşəhər – Akhisar 2:1
Qol: Ə.Belözoğlu, 8. Mossoro, 90 – P.Enrike, 59.

Alanyaspor – Beşiktaş 1:2
Qol: Velinton, 26 – C.Tosun, 8. Neqredo, 88.

29 oktyabr

Karabükspor – Sivasspor 0:1
Qol: Kone, 72.

Konyaspor – Osmanlıspor 1:0
Qol: Miloşeviç, 69.

Bursaspor – Antalyaspor 4:0
Qol: Aqu, 37. Behiç, 46. Ekoko, 69. Batalya, 90.

Trabzonspor – Qalatasaray 2:1
Qol: Ndoye, 49. Yazıçı, 69 – Rodriqes, 86.

30 oktyabr

Fənərbaxça – Kayserispor 3:3
Qol: O.Tufan, 45. Noyştadter, 50. Souza, 62 – U.Bulut, 41. Neto, 68-öz qapısına. A.Qyan, 90.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp