Futbol üzrə Türkiyə Super Liqasının 10-cu turunun son matçında bu gün "Fənərbaxça” doğma meydanda "Kayserispor”la qarşılaşıb.

Futbolinfo.az xəbər verir ki, İstanbuldakı "Şükrü Saracoğlu” stadionunda keçirilən bu qarşılaşmada "Fənərbaxça” klubu tərəfindən Azərbaycana və Qarabağa dəstək nümayiş etdirilib. Belə ki, tribunalardan birində "Qarabağ, könlümüzdəsən” sözləri yazılmış böyük pankart açılıb.

Əldə etdiyimiz məlumata görə, bu, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfıratın təşəbbüsü ilə Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən həyata keçirilib. Bu, Ermənistan tərəfinin Azərbaycan və Türkiyə arasındakı münasibətləri pozmaq cəhdlərinə qarşı növbəti zərbə kimi də qiymətləndirilə bilər. (Yenicag.az)

1509385981 23023430 1511559945597357 1680497011 n - Futbolinfo.az
1509386031 23113811 1511579072262111 305254532 n - Futbolinfo.az

Shares: