Futbol üzrə İngiltərə Premyer Liqasında 10-cu turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Mançester Yunayted” “Tottenhem”i qəbul edib. Eyni xala malik olan və turnir cədvəlində 2-3-cü pillələri bölüşən komandaların “Old Trafford”dakı dueli turun mərkəzi matçı hesab edilirdi. Bu prinsipial görüşün taleyini bir qol həll edib. Meydan sahibləri vacib qələbəyə seviniblər.

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Çelsi” də ilk oyun günündə meydana çıxıb. Antonio Kontenin yetirmələri turnir cədvəlində sondan ikinci pillədə qərarlaşmış “Bornmut”un qobağı olub. "Zadəganlar" da tək qolla 3 xala sahib çıxıblar. 

"Arsenal" doğma meydanda "Suonsi Siti"yə qalib gəlibsə, "Liverpul" "Haddersfild"i darmadağın edib.

Lider “Mançester Siti” isə səfərdə “Vest Bromviç”lə üz-üzə gəlib. Beş qolun qeydə alındığı görüşdə "şəhərlilər" çətin qələbəyə seviniblər.

İkinci oyun günündə "Brayton" doğma meydanda "Sauthempton"la heç-heçəyə razılaşıb. "Lester Siti" isə "Everton" üzərində qələbəyə sevinib.

Turun son matçı "Bernli" ilə "Nyukasl" arasında baş tutub. Meydan sahibləri bu oyunda tək qolla 3 xala sahib çıxıblar.

İngiltərə Premyer Liqası
10-cu tur

28 oktyabr

Mançester Yunayted – Tottenhem 1:0
Qol: Marsyal, 81.

Arsenal – Suonsi Siti 2:1
Qol: Kolasinaç, 51. Remzi, 58 – Klukas, 22.

Kristal Pelas – Vest Hem 2:2
Qol: Milivoyeviç, 50-pen. Zaha, 90 – X.Ernandes, 31. Ayyu, 43.

Liverpul – Haddersfild 3:0
Qol: Starric, 50. Firmino, 58. Viynaldum, 75.

Uotford – Stok Siti 0:1
Qol: Fletçer, 16.

Vest Bromviç – Mançester Siti 2:3
Qol: C.Rodriqes, 13. Filips, 90 – Sane, 10. Fernandinyo, 15. Sterlinq, 64.

Bornmut – Çelsi 0:1
Qol: Azar, 51.

29 oktyabr

Brayton – Sauthempton 1:1
Qol: Murrey, 52 – Deyvis, 7.

Lester Siti – Everton 2:0
Qol: Vardi, 18. Qrey, 29.

30 oktyabr

Bernli – Nyukasl 1:0
Qol: Hendrik, 74.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp