Futbol üzrə İspaniya La Liqasında 10-cu turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda turnir cədvəlində sondan ikinci pillədə qərarlaşmış “Alaves” La Liqada keçirdiyi son 5 oyunu qələbə ilə başa vurmuş “Valensiya”nı qəbul edib. Üç qolun vurulduğu oyunda "Valensiya" sevinən tərəf olub.

"Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən “Atletiko” da ilk oyun günündə meydana çıxıb. “Hindular” “Vilyarreal”ı qəbul ediblər. Bu, Dieqo Simeonenin təmsilçimizlə oyundan öncə keçirdiyi son matç olub. Madrid təmsilçisi bu matçdan 3 gün sonra “köhlən atlar” önünə çıxacaq. Lakin bu görüş Ağdam klubunun rəqibi üçün uğursuz yekunlaşıb.

Lider “Barselona” Bilbaoda “Atletik”in qonağı olub və inamlı qələbəyə sevinib. Günün son matçında isə "Sevilya" "Leqanes"i məğlub edib.

Bazar günü "Real"ın səfərdə "Jirona"ya məğlubiyyəti diqqətçəkən olub. "Real Sosyedad" da "Xetafe"yə uduzub.

Son gündə iki görüş baş tutub. "Espanyol" ev oyununda "Betis"i minimal hesabla üstələyib. Dörd qolun qeydə alındığı "Las Palmas" – "Deportivo" görüşündə isə qalib müəyyənləşməyib.

İspaniya La Liqası
10-cu tur

28 oktyabr

Alaves – Valensiya 1:2
Qol: Aleksis, 49 – Zaza, 34. Rodriqo, 66-pen.

Atletiko – Vilyarreal 1:1
Qol: Korrea, 61 – Bakka, 81.

Atletik – Barselona 0:2
Qol: Messi, 36. Paulinyo, 90.

Sevilya – Leqanes 2:1
Qol: Yedder, 20. Sarabiya, 54 – Şimanovski, 48.

29 oktyabr

Xetafe – Real Sosyedad 2:1
Qol: Rodriqes, 78 – MolinaŞ 85 – Oyarzabal, 5..

Jirona – Real 2:1
Qol: Stuani, 54. Portu, 58 – İsko, 12.

Eybar – Levante 2:2
Qol: Arbilla, 51. Çarles, 74 – Morales, 35. Bardi, 37.

Malaqa – Selta 2:1
Qol: Qonsales, 45. Resyo, 83 – Aspas, 76.

30 oktyabr

Espanyol – Betis 1:0
Qol: Moreno, 55.

Las-Palmas – Deportivo 1:3
Qol: Remi, 7 – Borges, 36; 54. Peres, 69-pen.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp