UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start verilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” səfərdə Madrid “Atletiko”sunun qonağı olub.
Bakıda keçirilən ilk görüşdə rəqibi ilə qolsuz heç-heçə etməyi bacaran Ağdam təmsilçisi nə qədər çətin olsa da, İspaniyadan da xalla qayıtmaq niyyətindəydi. Komandamız bu istəyi gerçək olub. Belə ki, ilk yarıda hesabı açan təmsilçimiz fasilədən az sonra həm bu üstünlüyünü əldən verib, həm də azlıqda qalıb. Amma buna baxmayaraq, Quruab Qurbanovun yetirmələri sonadək duruş gətirə biliblər və Madriddə də “Atletiko”dan 1 xal almağı bacarıblar.
Qrupun digər oyununda “Roma” (İtaliya) doğma meydanda “Çelsi” (İngiltərə) ilə qarşılaşıb. İtaliya təmsilçisi İngiltərə çempionunu böyük hesabla məğlub edib – 3:0.
UEFA Çempionlar Liqası
C qrupu
31 oktyabr
“Atletiko” – “Qarabağ” 1:1
Qol: T.Partey, 56 – Miçel, 40.
Sarı vərəqə: R.Sadıqov, 9. S.Saviç, 32. Y.Jezniçak, 34. F.Torres, 76. S.Saviç, 88.
Qırmızı vərəqə: P.Enrike, 59. S.Saviç, 88.
Baş hakim: Dəniz Aytəkin.
Baş hakimin köməkçiləri: Qvido Kleve, Markus Hakker
Əlavə köməkçi hakimlər: Daniel Sibert, Bencamin Brand
Dördüncü hakim: Eduard Beytinqer (hamısı Almaniya)
Madrid. “Metropolitano” stadionu.
“Atletiko”: 13. Yan Oblak, 2. Dieqo Qodin, 3. Filipe Luis, 5. Tomas Partey (22. Nikolas Qaytan, 62), 7. Antuan Qrizmann, 8. Saul Niqes, 11. Anxel Korrea, 14. Qabi (k), 15. Stefan Saviç, 20. Xuanfran, 21. Kevin Qameyro (9. Fernando Torres, 69).
Ehtiyat oyunçular: 1. Migel Anxel Moya, 12. Auqusto Fernandes, 16. Şime Vrsalko, 17. Lusiano Vietto, 19. Lukas Ernandes.
Baş məşqçi: Dieqo Simeone.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel (22. Əfran İsmayılov, 90+2), 10. Pedro Enrike, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerrye (32. Elvin Yunuszadə, 63), 90. Ramil Şeydayev (99. Dani Kintana, 72).
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
“Roma” – 8, “Çelsi” – 7, “Atletiko” – 3, “Qarabağ” – 2.