Bu gün futbol üzrə UEFA Gənclər Liqasının qrup mərhələsində 4-cü tura start verilib. 

Futbolinfo.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ”ın U-19 komandası da ikinci dövrədə ilk oyununa çıxıb.

Əvvəlki üç oyunun hamısında böyük hesabla uduzan Ağdam təmsilçisi İspaniyada “Atletiko” ilə qarşılaşıb. Rəşad Sadıqovun çalışdırdığı kollektiv doğma meydanda 1:5 hesabıyla uduzduğu Madrid təmsilçisindən səfərdə qisas almağa çalışıb. Bu qarşılaşma təmsilçimiz üçün uğurlu alınıb. Belə ki, ilk yarının sonlarında hesabı açan Ağdam klubunun üzvləri bu üstünlüyü sonadək qorumaqla böyük sensasiyaya imza atıblar. İlk qələbəsini Madriddə qazanan “Qarabağ” bununla həm də xal hesabını açmış olub.

Qrupun digər oyununda “Roma” doğma meydanda “Çelsi”yə 1:2 hesabıyla uduzub.

UEFA Gənclər Liqası
C qrupu

31 oktyabr

“Atletiko” – “Qarabağ” 0:1
Qol: Y.Deda, 45.
Baş hakim: Stefan Klossner.
Maxadaonda. “Serro Del Espino” stadionu.

“Atletiko”: 1. Errero Linares, 2. Viana Kampusano, 3. Roxo Manrik (18. Covanni Navarro, 46), 4. Aytor Punyal, 5. Xose Karlos Alyaqa (k), 6. Kastro Dorta (17. Xuan Aquero, 46), 7. Xoakin Munyoz, 8. Andi, 9. Alberto Salido, 10. Oskar Klemente (15. Rodriqo Rikelme, 64), 11. Salomon.
Ehtiyat oyunçular: 13. Sanz Paredes, 12. Fernando Qaştanyaka, 14. Fransisko Montero, 16. Mikel Karro.
Baş məşqçi: Manuel Martin.
“Qarabağ”: 40. Məmməd Hüseynov, 3. Turan Manafov, 18. Süleyman Əhmədov, 24. Yaroslav Deda (72. Taleh Rzayev, 87), 31. Oliver Stoymenovski, 38. İbrahim Qədirzadə, 39. Zaur Fərzəliyev (k) (36. Əli Əliyev, 74), 47. Əsgər Hüseynov, 49. İbrahim Əliyev (26. Rahid Ağazadə, 57), 60. Pilağa Mehdiyev, 70. Misir Rüstəmov.
Ehtiyat oyunçular: 63. Rəhim Rəhimli, 27. Ülvi İbrahimov, 43. Davud Mahmudov, 54. İbrahim Hüseynov.
Baş məşqçi: Rəşad Sadıqov. 

Çelsi – 9, Roma – 6, Atletiko – 6, Qarabağ – 3.

Shares: