19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində son matçına çıxıb.

Futbolinfo.az xəbər verir ki, Vüqar Əsgərlinin çalışdırdığı millimiz 4-cü qrupun oyunlarına ev sahibliyi edən Albaniya ilə münasibətlərinə aydınlıq gətirib.

Qeyd edək ki, komandamız ilk turda Ukraynaya 2:0 hesabıyla qalib gəlsə də, İspaniyaya 0:6 hesabıyla uduzmuşdu. Albanlar isə İspaniyaya 0:8, Ukraynaya 0:5 hesabıyla məğlub olmuşdu.

Komandamıza elit-raunda yüksəlmək üçün 1 xal lazım idi. Qrupun digər oyununda İspaniya Ukraynaya qalib gəlsə, millimiz hətta məğlub olacağı halda da növbəti mərhələyə çıxa bilərdi. Amma komandamız buna digər oyunun nəticəsindən asılı olmayaraq, albanlarla qolsuz bərabərliyə imza atmaqla nail olub. 

Qrupun digər matçında da ispanlar Ukrayna üzərində 4:0 hesablı qələbəyə seviniblər.

AÇ-nin seçmə mərhələsi
4-cü qrup

31 oktyabr

Albaniya – Azərbaycan 0:0
Baş hakim: Tanya Raçiç (Bosniya və Herseqovina).
Durres. Niko Dovana stadionu.

Albaniya: 1. Fabiola Mullaj, 2. Leonora Dedgjonaj, 4. Sabina Kasa, 5. Silvana Jova, 6. Xhilda Xhymerti, 7. Sara Begallo, 9. Wendi Muja (k), 10. Vanesa Levenaj, 14. Xhulia Xhindole, 18. Esi Lufo, 20. Markela Bejleri.
Ehtiyat oyunçular: 12. Esmeralda Noka, 3. Erjana Morava, 8. Riselda Leba, 11. İlarja Zarka, 13. Paulina Zizoli, 15. Edlira Cerkini, 16. Anisa Kotarja, 17. Olesia Kamberi, 19. Rediola Hoda.
Baş məşqçi: Nevil Dede.
Azərbaycan: 12. Sude Topçu, 4. Arzu Əliyeva, 5. Hatice Ozdemir (14. Çağla Kanpara, 57), 7. Vüsalə Hacıyeva (k), 8. Nino Qurqenidze, 10. Vüsalə Seyfəddinova, 11. Dilge Uygun, 15. Yağmur Özkumru, 16 Peritan Bozdağ (13. Aysun Əhmədova, 70), 17. Firəngiz Teymurova (3. Ülkü Özdemir, 86), 18. Merve Özdemir. 
Ehtiyat oyunçular: 1. Nigar Abdulova, 2. Həqiqət Qasımova, 6. Cəmilə Hüseynova, 9. Rövşanə Sərdarlı, 20. Aytən İbadova, 23. Oznur Taş.
Baş məşqçi: Vüqar Əsgərli.

1. İspaniya – 9, 2. Azərbaycan – 4, 3. Ukrayna – 3, 4. Albaniya – 1

Shares: