“Zaqreb və Belqradda baş məşqçi yeri boşalan kimi mətbuat məni önə çəkir. Açığı, bu hekayələrdən bezmişəm. Nəsə söyləsəm, müzakirələrə yol açacaq”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki ölkəsinin mətbuatına açıqlamasında deyib. Xorvatiyalı mütəxəssis bildirib ki, heç bir milli komanda ilə əlaqəsi yoxdu: 

“Məndən nə vaxt soruşublarsa, cavabım “yox” olub. Adımı hallandırdıqları üçün hamısına təşəkkür edirəm. Amma Serbiya yığmasında olmayacağam. Balkanlarda iş təcrübəm çoxdu. Planlarımda Avropa klublarında çalışmaq var”.

Qeyd edək ki, AFFA Prosineçki ilə dekabrda başa çatacaq müqavilənin müddətini uzatmayacağını açıqlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp