Bu gün "Neftçi”nin rəhbərliyi ilə futbol akademiyasının kollektivi arasında görüş keçirilib. 

Futbolinfo.az xəbər verir ki, klubun vitse-prezidenti Elnur Eyvazovun rəhbərliyi ilə keçən tədbir son 3 ayda akademiyada görülən işlərin yekunlarına həsr olunub, mövcud problemlərdən söhbət açılıb.

İndiyə qədər keçirilmiş oyunlar təhlil olunub, qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi səviyyəsi qiymətləndirilib. Akademiyanın hazırkı durumu ilə bağlı fikirlərini bölüşən vitse-prezident Elnur Eyvazov indiki vəziyyəti qənaətbəxş hesab edib: "Biz mütəmadi olaraq belə görüşlər təşkil edəcəyik. Akademiyamızın problemlərini vaxtında aşkara çıxarıb nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz addımlar atacagıq. Komandaların hazırkı çıxışı və oyunlarda əldə olunan nəticələrdən hələlik razıyıq. Təsadüfi deyil, milli komandalara dəvət alan yeniyetmə futbolçularımızın sayı da artıb. Ötən ay "Neftçi”dən U-17 və U-16 milli komandalarının hərəsinə 6 futbolçu cəlb olunub. Amma bununla kifayətlənmək olmaz. Klub rəhbərliyi bu sahənin inkişaf üçün yeni strategiya üzərində işləyir,tələblərimiz daha da artacaq. Məşqçi, inzibati və futbolçu heyətinin işi bu tələblər əsasında qiymətləndiriləcək. Biz hamımız "Neftçi”nin adına layiq olmayıq”.

Daha sonra rəhbərliyin müəyyənləşdirdiyi yeni qaydalar haqda məlumat verilib. Görüşdə "Neftçi” Futbol Akademiyasının vahid platformaya malik olması xüsusi vurgulanıb. Akademiyanın məşqçi heyətinə tapşırılıb ki, əsas komandanın baş məşqçisi Tərlan Əhmədovun tələbinə əsasən bütün yaş qruplarında futbolçuların nizam-intizamına, onların psixoloji hazırlıgına, vahid oyun üslublarının formalaşması məsələsinə xüsusi diqqət yetirilsin.

Sonda vitse-prezident Elnur Eyvazov tədbir iştirakçılarının fikirlərini dinləyib, onları maraqlandıran suallara cavab verib.

img ecb3641a1039d98d1e370d6e27901a88150945861733 - Futbolinfo.az

Shares: