Birinci hissədən zövq aldıq, ikinci hissəsində nəfəsimiz kəsildi. Amma dəydi…
 
Təşəkkürlər, “Qarabağ”! Xala yox, dəyanətinə, ləyaqətinə, mübarizənə, futboluna görə…
 
Minimal nəticələri qəhrəmanlıq kimi sırıyanlar siçan deşiyi axtarsın. Artıq hədəfləri “Qarabağ” müəyyənləşdirir…
 
Qurban Qurbanova “təcrübəsiz”, “cavan” damğası vurub, ikinci plana atanlarutansın. İndi o, bütün futbol təsərrüfatının çirkabı üzərində məxmər xalı sərir…
 
Formasına adımızı yazdırmaq üçün milyonlar xərclədiyimiz “Atletiko” idi bu. Səfər qolu, səfər xalı, üstəlik, 500 min avro qənimətlə qayıdır “Qarabağ”…
 
Ölkə reytinqinə, klub reytinqinə görə indi bu kluba minnətdarıq. Milyonları havaya sovuran AFFA-ya, ağılsız klub rəhbərlərinə, bu pulları məmnuniyyətlə həzm edən Gedeyə, Şeferə, Bandoviçə, Tsxadadzeyə, Rednikə, Toşaka, Konkova, Lippertə, Prosineçkiyə, Foqtsa yox…
 
Klubu belə qurur, strategiyanı belə müəyyənləşdirirlər. Qurban Qurbanovun armadası sizin puç Müşahidə Şuranızın üzərində beləcə – qatarla keçdi…
 
Bu ölkədə futbol hələ də varsa, dövlət pul ayırısa, buna görə “Qarabağ”a minnətdar olmalıyıq. Bu klub bizə əsl futbolu dadızdırır, həyəcanı yaşadır…
 
Təşəkkürlər, “Qarabağ”! İdarəçisi “moşennik” kimi damğalanan “Kəpəz”lə oyuna xoş gəlmisən…
Shares: