Dünən "Neftçi”nin rəhbərliyi ilə futbol akademiyasının kollektivi arasında görüş keçirilib. Klubun vitse-prezidenti Elnur Eyvazovun rəhbərliyi ilə keçən tədbir son 3 ayda akademiyada görülən işlərin yekunlarına həsr olunub, mövcud problemlərdən söhbət açılıb.
Tədbirdə danışılanlarla işimiz yoxdu. Lakin həmin mətnə qoyulan bir şəkil var ki, adamla “danışır”. Ədəhim Niftəliyev, Elşad Əhmədov və digər məşqçilər sanki uşağın verdiyi dərsin qarşısında özlərini söyürlər. Gör, illərini meydanlarda keçirən, saç ağardan bu adamlara kim göstəriş verir, kim dərs keçir?