“Hazırda Çempionlar Liqasında növbəti mərhələdən uzaq görünürük. Artıq hər şey özümüzdən asılı deyil. Buna baxmayaraq, qarşıdakı oyunlarda qələbə qazanmağa çalışacağıq”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri İspaniyanın “Atletiko” klubunun futbolçusu Dieqo Qodin Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la 1:1 hesabı ilə bərabərə qaldıqları oyundan sonra deyib. O, klub saytına açıqlamasında bu nəticəyə görə, özlərini tənqid etməli olduqlarını bildirib:

“Kənarda günahkar axtarmağa ehtiyac yoxdu. Qələbə qazanmaq düşüncəsi ilə meydana çıxmaq və risk etmək lazımdı. Belə vəziyyətlərdə bir yerdə olmalıyıq. Azarkeşlər bizi dəstəkləməlidilər. Hazırda uğursuzluq zolağındayıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp