UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turuna yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son olaraq E, F, G və H qruplarının qarşılaşmaları baş tutub.

Azərbaycanlı futbol azarkeşlərinin əsas diqqəti İstanbula yönəlib. Burda ölkəmizdə də yetərincə azarkeşi olan və G qrupunda keçirdiyi bütün oyunları qələbə ilə başa vuran “Beşiktaş” “Monako”nu qəbul edib. Şenol Günəşin yetirmələri bu matçdan qalib ayrılacağı halda, 1/8 finala vəsiqəni təmin edəcəkdi. Amma Türkiyə təmsilçisi hesabın qonaqlar tərəfindən açıldığı oyunda 1 xalla kifayətlənməli olublar. Qrupun digər matçında "Portu" "Leyptsiq" üzərində qələbəyə sevinib.

Günün ən maraqlı oyunlarından biri Londonda keçirilib. H qrupunda eyni xala malik olan və 1-2-ci pillələri bölüşən “Real” və “Tottenhem” “Uembli”də münasibətlərinə aydınlıq gətiriblər. Gərgin və bol qollu qarşılaşmanın sonunda 3 xalı meydan sahibləri bayram ediblər. Bu qrupun digər görüşündə Dortmund "Borussiya"sı doğma meydanda APOEL-lə bacarmayıb.

E qrupunda "Liverpul" "Maribor" üzərində darmadağına sevinib. "Sevilya" da Moskva "Spartak"ını məğlub yola salıb.

Günün daha bir gərgin keçən görüşü F qrupunda, "Napoli" və "Mançester Siti" arasında baş tutub. MS İtaliyada baş tutan qarşılaşmada çətin və vacib qələbəyə sevinib. Donetsk "Şaxtyor"u da "Feyenoord"u məğlub yola salıb.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi

1 noyabr

E qrupu

Sevilya (İspaniya) – Spartak (Rusiya) 2:1
Qol: Lenqlet, 30. Baneqa, 59 – Ze Luis, 78.

Liverpul (İngiltərə) – Maribor (Sloveniya) 3:0
Qol: Salah, 49. E.Can, 64. Starric, 90.

Liverpul – 8, Sevilya – 7, Spartak – 5, Maribor – 1.

F qrupu

Napoli (İtaliya) – Mançester Siti (İngiltərə) 2:4
Qol: İnsinye, 21. Jorjinyo, 62 – Otamendi, 34. Stounz, 48. Aquero, 69. Sterlinq, 90.

Şaxtyor (Ukrayna) – Feyenoord (Hollandiya) 3:1
Qol: Ferreyra, 14. Marlos, 17; 68 – Yorgensen, 12.

MS – 12, Şaxtyor – 9, Napoli – 3, Feyenoord – 0.

G qrupu

Beşiktaş (Türkiyə) – Monako (Fransa) 1:1
Qol: C.Tosun, 54-pen. – R.Lopes, 45.

Portu (Portuqaliya) – Leyptsiq (Almaniya) 3:1
Qol: Herrera, 14. D.Pereyra, 62. M.Pereyra, 90 – Verner, 48.

Beşiktaş – 10, Portu – 6, Leyptsiq – 4, Monako – 2.

H qrupu

Tottenhem (İngiltərə) – Real (İspaniya) 3:1
Qol: D.Alli, 27; 56. Eriksen, 65 – Ronaldo, 80.

Borussiya D (Almaniya) – APOEL (Kipr) 1:1
Qol: Qerrero, 29 – Pote, 51.

Tottenhem – 10, Real – 7, Borussiya – 2, APOEL – 2.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp