“İlk 20 dəqiqəni yaxşı keçirdik, qol imkanları əldə etdik. Ancaq ümumilikdə birinci hissədə pis oynadıq".

Futbolinfo.az xəbər verir ki, bu sözləri İspaniyanın “Atletiko” klubunun kapitanı Qabi UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunda "Qarabağ"la oyundan (1:1) sonra deyib. O, klub saytına açıqlamasında daha sonra bunları bildirib:  

“Ən pisi odu ki, qrupda artıq heç nə öz əlimizdə deyil. Növbəti turda öz meydanımızda “Roma”ya qalib gəlməyə çalışacağıq və “Qarabağ” da “Çelsi”dən xal alacaq”.

Qabi La Liqanın 11-ci turunda "Deportivo"ya qarşı görüşdə vəziyyətlərini dəyişməyə çalışacaqlarını söyləyib: "Deportivo” ilə oyun vəziyyətimizi dəyişmək baxımından bir şansdı. Ayağa qalxmaq və birləşmək zamanı gəldi”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp