“İkinci qolu vurmaq üçün bəxtimiz gətirmədi. Əla oyun nümayiş etdirdik. Xeyli qol vəziyyəti yaratdıq. Biz hər oyunda qollar vurmağa çalışırıq. İndi silahımızı aşağı sala bilmərik”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri "Atletiko"nun futbolçusu Tomas Partey UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunda "Qarabağ"la oyundan (1:1) sonra deyib. O, klub saytına açıqlamasında bildirib ki, bir komanda kimi döyüşməyə davam etməlidilər:

“Sona qədər mübarizə aparmaq və təslim olmamaq lazımdı. Hələ də böyük işlər görə bilərik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp