Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 10-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qarabağ” – “Səbail” matçının 43-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Ansi Aqolli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Neftçi” – “Sumqayıt” matçında “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Zirə” – “Qəbələ” matçında “Zirə”nin 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 43-cu dəqiqəsində “Qəbələ”nin futbolçusu Cavid Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 2400 manat cərimə olunub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp