Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 5-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Ağsu” – “Mil-Muğan” matçında “Ağsu”nun 4 ,“Mil-Muğan”ın isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Vaqif Mehrəliyev hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klubu 320 manat cərimə olunub.

MOİK – “Turan Tovuz” matçının 88-ci dəqiqəsində MOİK-in futbolçusu Mirkamil Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Sabah” – “Xəzər” matçında “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp