Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:

Gənclər Liqasında “Kəpəz” – “Qəbələ” matçının 78-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Seymur Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasında “Sumqayıt” – “İnter” matçının 80-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Elçin Abbasov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasında “Turan” – “Kəpəz” matçının 78-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Nemət Musayevlə “Turan”ın futbolçusu Fərid Hüseynov təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 3 oyun cəzalanıb.

U-16 Liqasında “Sumqayıt” – “Vətən” matçının 70-ci dəqiqəsində “Vətən”in futbolçusu Rəhim Cəfərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasında UGİM (Göygöl) – Şəms UGİM-1 matçının 44-cü dəqiqəsində UGİM-in futbolçusu Arif Rəhimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-11 Liqasında “Gəncə TİM” (Gəncə) – “Azəri TİM” (Gəncə) matçında “Azər TİM” klubunun məşqçisi Elşən Əliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-11 Liqasında “Gənclik FT Gimnaziya” (Gəncə) – “Ümid TİM” (Gəncə) matçında “Gənclik FT Gimnaziya” komandası iştirak etmədiyinə görə, 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrar olunduğu üçün komanda yarışlardan kənarlaşdırırlıb.

U-11 Liqasında UGİM (Mingəçevir) – UGİM (Bərdə) matçında UGİM (Mingəçevir) komandasanın heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında “Göyçə” (Bakı) – “Sərhədçi” (Bakı) matçında “Göyçə” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında “Kəpəz” (Gəncə) – UGİM (Gənclərbirliyi) matçında UGİM komandasının heyətində yetərsay olmadığına görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 qızlar Liqasında UGİM (İsmayıllı) – “Natavan Təhsil” (Gəncə) matçında “Natavan Təhsil” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Qızlar Yüksək Liqasında “Təhsil” FM – “Qubek” (Balakən) matçında “Qubek” klubunun baş məşqçisi İdris Bədirov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp