“Biz də “Qarabağ”la bir dəfə qarşılaşmışıq. Çətin səfər oyunundan üzüağ çıxmışıq”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan İtaliyanın “Roma” klubunun baş məşqçisi Eysebio Di Françesko deyib. Ötən gecə “Çelsi” üzərində 3:0 hesablı qələbə qazandıqları qarşılaşmadan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın səfərdə “Atletiko”dan xal almasına münasibət bildirən italiyalı mütəxəssis Ağdam təmsilçisi ilə oyunun onlar üçün də çətin keçdiyini qeyd edib:

“Etiraf edirəm ki, “Qarabağ” hər kəsə olduğu kimi, bizə də problem yaratmışdı. Avrokuboklarda heç vaxt asan qələbə olmur. Bütün oyunlara ciddi yanaşmaq məcburiyyətindəyik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp