“Bilirdik ki, bizim üçün finala bərabər oyundu. Qələbə qazanmaq istəyirdik. Ancaq məqsədimizə çata bilmədik”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri İspaniyanın “Atletiko” klubunun hücumçusu Anxel Korrea UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la 1:1 hesablı bərabərlikdən sonra yerli mətbuata açıqlamasında deyib. Argentina millisinin üzvü bu xal itkisindən sonra çətin duruma düşdüklərini bildirib: 

“Qarabağ” bura asan məğlub olmaq üçün gəlməmişdi. Xeyli qol imkanları yaratsaq da, şans bizim tərəfimizdə deyildi. Məğlub duruma düşdükdən sonra oyunu dəyişdirmək məcburiyyətində qaldıq. Çox çalışsaq da, alınmadı. Başımızı aşağı sala bilmərik, hələ də şansımız var. Sona qədər “vuruşmaq” lazımdır”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp