“Qarabağ”ın yarımmüdafiəçisi Miçel Madera UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində səfərdə İspaniyanın “Atletiko” klubuna qarşı keçirdikəri səfər oyununu şərh edib.

Futbolinfo.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan ispan futbolçu bunları söyləyib:

“Çempionlar Liqasına yaxşı başlamasaq da, turdan-tura "artırırıq". Bizi qarşıda "Çelsi" ilə ev oyunu gözləyir. Həmin matçda qələbə qazanmalıyıq. Azarkeşlərimizin dəstəyi altında inamlı oynayacağımızı düşünürəm. Doğma meydan amili işə yaraya bilər. Özümüzü yaxşı tərəfdən göstərməliyik”.

Qeyd edək ki, “Atletiko” ilə səfər matçında “Qarabağ”ın yeganə qolunun müəllifi məhz Miçel olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp