Afrika Futbol Konfederasiyaları (CAF) sözügedən qitədə ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, ilkin siyahıda 30 futbolçunun adına yer verilib.

1. Ali Maalul (Tunis, Əl Əhli)
2. Bertrand Traore (Burkina Faso, Lion)
3. Sedrik Bakambu (Konqo, Vilyareal)
4. Kristian Atsu (Qana, Nyukasl)
5. Kristian Bassoqoq (Kamerun, Henan Jianye)
6. Denis Onyanqo (Uqanda, Mamelodi Sundowns)
7. Erik Beyli (Fil Dişi Sahili, Mançester Yunayted)
8. Essam Əl Hadari (Misir, Əl Taavun)
9. Fabrise Ondoa (Kamerun, Sevilya)
10. Fakson Kapumbu (Zambiya, Zesko)
11. Jan Mişel Seri (Fil Dişi Sahili, Nitsa)
12. Junior Kabananqa (Konqo, Astana)
13. Kərim Əl Əhmədi (Mərakeş, Feyenoord)
14. Keyta Balde (Seneqal, Monako)
15. Xalid Butaib (Mərakeş, Yeni Malatyaspor)
16. Mbuana Samata (Tanzaniya, Genk)
17. Maykl Olunqa (Keniya, Gerone)
18. Məhəmməd Salah (Misir, Liverpul)
19. Mussa Mareqa (Mali, Porto)
20. Nəbi Keyta (Qvineya, Leypsiq)
21. Persi Tau (CAR, Mamelodi Sundowns)
22. Pyer-Emerik Obameyanq (Qabon, Borussiya, Dortmund)
23. Sadio Mane (Seneqal, Liverpul)
24. Tomas Partey (Qana, Atletiko, Madrid)
25. Viktor Mozes (Nigeriya, Çelsi)
26. Vinsent Abubakar (Kamerun, Porto)
27. Villiam Troost-Ekong (Nigeriya, Bursaspor)
28. Yasin Brahimi (Əlcəzair, Porto)
29. Youssef Msakni (Tunis, Al Duhail)
30. Yves Bissuma (Mali, Lill)

Göründüyü kimi, UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edən Azərbaycan çempionu “Qarabağ”ın CAR-dan olan hücumçusu Dino Ndlovunun adı bu siyahıda yer almayıb. Halbuki, o da ən azından bu siyahıda yer almağa layiq idi.
 
“Qara qitə”də ən yaxşı futbolçunun adı yanvarın 4-də Qanada təşkil olunmuş mərasimdə açıqlanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp