Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 7-ci turdan təxirə salınan bir oyun keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Ximnastik” doğma meydanda “Barcelona”nın B komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Eddi bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

“Ximnastik" geridə qalan turlarda 12 xal toplayıb və hazırda 22 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp