Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turuna yekun vuruldu.

Futbolinfo.az xəbər verir ki, qrup mərhələsinin yekunlaşmasına 2 tur qalmasına baxmayaraq, artıq 3 komanda 1/8 finala vəsiqəni vaxtından öncə təmin edib. Belə ki, 4-cü turun ilk oyun günündə pley-offa yüksələn Fransanın PSJ klubunun ardından İngiltərənin “Tottenhem” və “Mançester Siti” klubları da növbəti mərhələyə vəsiqə qazanıblar.

1/8 finalın qalan 13 iştirakçısının adına son iki turda aydınlıq gələcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp