2018-ci ildə Arğentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq Gənclər arasında Olimpiya Oyunlarının seçmə mərhələsində ilk oyununu keçirən futzal üzrə 17 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi Slovakiyaya məğlub olub. Futbolinfo.az xəbər verir ki, qarşılaşma 0:12 hesabı ilə başa çatıb.

Millimizin yer aldığı qrupun digər oyununda Rusiya Hollandiyaya qalib gəlib – 7:2. 

Futzalçılarımız bu gün baş tutacaq 2-ci tur çərçivəsində Rusiya ilə qarşılaşacaqlar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp