2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq Gənclər arasında Olimpiya Oyunlarının təsnifat mərhələsi çərçivəsində futzal üzrə Azərbaycanın 17 yaşadək oğlanlardan və qızlardan ibarət yığma komandaları ilk oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, slovakiyalı həmyaşıdları ilə qarşılaşan oğlanlardan ibarət millimizin 0:12 hesabıyla uduzduğunu diqqətinizə çatdırmışdıq. 

Qızlardan ibarət yığma komanda isə İtaliya ilə oyunda 0:2 hesabı ilə məğlub olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp