“Kəpəz”in Müşahidə Şurasından geri çağırılan Mikayıl Nərimanoğlunun boş qoyduğu posta kimin göndəriləcəyi dəqiqləşməyib. AFFA Gəncəyə maliyyə məsələlərinə nəzarət etmək üçün öz nümayəndəsini göndərməlidi, amma…
 
…Amma bildiyimizə görə, belə olmayacaq. Ümumiyyətlə, Gəncəyə heç kim göndərilməyəcək, hər şey Bakıdan idarə olunacaq. Hətta AFFA-nın ayırdığı maliyyə də birbaşa paytaxtdan kartlara köçürüləcək. Şurada boş qalan yerin taleyi ilə bağlı isə qərar verilməyib.
 
Son günlər Gəncədə “Kəpəz”ə Yunis Hüseynovun gələcəyi barədə xəbərlər artıb. Bu variant ağılabatandı. Çünki Hüseynov icra başçısı Elmar Vəliyevlə yaxşı münasibətləri olan adamdı və vaxtilə “Karvan”da birgə işləyiblər. Lakin AFFA-nın ona maliyyəni etibar etməsi mümkün deyil. Ola bilsin, qışda baş məşqçi postunda dəyişiklik olsun və o zaman Hüseynova etimad göstərilsin. Bənzər xəbərlər çox çıxdığından və hər dəfə dəyalana çevrildiyindən, bu, zəif ehtimaldı. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp