Noyabrın 3-də Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. Futbolinfo.az xəbər verir ki, saat 9:30-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi
 
2. AÇ-2020-nin final mərhələsinə vəsiqə uğrunda komandaların keçməli olduğu yol barədə prezentasiya
 
3. Digər məsələlər
 
İclas başa çatdıqdan sonra mətbuat nümayəndələri üçün brifinq keçiriləcək.

Shares: