Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində doğma azarkeşləri önündə “Keşlə”ni qəbul edəcək “Sumqayıt” bu oyuna hazırlığını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, Samir Abasovun yetirmələri geridə qalan gündə “Kapital Bank Arena”da növbəti məşqini keçirib. Ötən tur “Neftçi” ilə oyunun gedişində yüngül zədə alan Cavid İmamverdiyev artıq kollektivə qoşulub. Cavid Tağıyev isə fitnes zalında məşq edib. Bundan başqa, əvəzedici heyətin 4 futbolçusu da komandanın məşq prosesində iştirak edib. 1,5 saat davam edən məşq prosesində daha çox toplu çalışmalara üstünlük verilib. Məşq ikitərəfli oyunla yekunlaşıb.
Qeyd edək ki, “Sumqayıt” – “Keşlə” qarşılaşması 4 noyabr, saat 18:00-da “Kapital Bank Arena”da keçiriləcək. Qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.