Almaniyanın “Borussiya” (Dortmund) klubunun üzvü Nuri Şahin Türkiyə millisindən getdiyini bəyan edib.

Futbolinfo.az xəbər verir ki, bu barədə futbolçu özü sosial şəbəkə hesabından açıqlama yayıb. 29 yaşı olan futbolçu artıq milli ilə vidalaşmağın vaxtının çatdığını bildirib.

Dortmund təmsilçisinin yetirməsi olan türkiyəli futbolçu, karyerası ərzində "Feyenoord", "Real" və "Liverpul" kimi klubların da şərəfini qoruyub. 

O, 2005-ci ildən etibarən Türkiyə millisində keçirdiyi 51 oyunda 2 qola imza atıb.

818067 - Futbolinfo.az

Shares: