Futbol üzrə Türkiyə Kubokunda 5-ci təsnifat mərhələsinin püşkü atılıb. 

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Bursaspor”un da növbəti rəqibi müəyyənləşib. Sözügedən kollektiv bu mərhələdə “Adanaspor”la qarşılaşacaq.

5-ci təsnifat mərhələsinin oyunları ev-səfər prinsipi ilə keçiriləcək. “Bursaspor” ilk oyunu səfərdə, cavab matçını doğma meydanda keçirəcək. İlk oyunların noyabrın sonunda, cavab qarşılaşmaları dekabrın ortalarında baş tutacaq.

5-ci turun bütün cütlükləri belədi:

Kasımpaşa – Boluspor
Adanaspor – Bursaspor
Karabükspor – İstanbulspor
Ankara Dəmirspor – Akhisarspor
Girəsunspor – Alanyaspor
Kayserispor – Eyüpspor
Osmanlıspor – Yeni Malatyaspor
Kahramanmaraşspor – Başakşəhər
Orhanqazi Bələdiyyəspor – Antalyaspor
Batman Petrolspor – Konyaspor
Sivasspor – Bucaspor
Beşiktaş – Manisaspor
Fənərbaxça – Adana Dəmirspor
Qalatasaray – Sivas Bələdiyyəspor
Kars 36 Spor – Gənclərbirliyi
Ərzurumspor – Trabzonspor

Shares: