Türkiyə Futbol Federasiyası futbolçu Özer Hurmacını 6 aylıq bütün yarışlarda iştirakdan məhrum edib.
Futbolinfo.az xəbər verir ki, buna onun “Trabzonspor”la müqaviləsini haqsız şəkildə birtərəfli qaydada ləğv etməsi səbəb olub.
Trabzon təmsilçisi bu üzdən TFF-yə şikayət ünvanlayıb. Futbol qurumu məsələni araşdırdıqdan sonra Özerin günahkar olduğunu üzə çıxarıb. Nəticədə, futbolçu 6 aylıq cəzalandırılıb.
Hurmacı klubdan 6,4 milyon TL təzminat da tələb edib. Lakin TFF bu tələbin də rəddinə qərar verib. Lakin sözügedən oyunçuya verilən ən ağır cəza şübhəsiz ki, onun 6 aylıq müddətdə TFF bayrağı altında keçiriləcək bütün yarışlardan kənarlaşdırılmasıdır.