Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. Qurban Qurbanov Azərbaycan milli komandasının baş məşqçisi təyin olunsun. O, milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqavilə müddətinin başa çatmasından dərhal sonra başlasın. Q.Qurbanov, eyni zamanda, “Qarabağ” klubunun baş məşqçisi vəzifəsində fəaliyyətini davam etdirəcək.
2. AFFA-nın nəzdində Reabilitasiya Mərkəzinin fəaliyyətə başlaması təsdiq olunusun.
İclasda baş katib Elxan Məmmədov AÇ-2020-nin final mərhələsinə vəsiqə uğrunda milli komandaların keçməli olduğu yol barədə, Azərbaycan milli komandalarının baş həkimi Vyaçeslav Xomenko isə AFFA-nın nəzdində Reabilitasiya Mərkəzi barədə prezentasiyaları təqdim ediblər.