Xəbər verdiyimiz kimi, AFFA-nın mətbuat xidmətinin sabiq rəhbəri Mikayıl Nərimanoğlu bir neçə gün əvvəl “Kəpəz”in Müşahidə Şurasından da uzaqlaşdırıldı.

Futbolinfo.az xəbər verir ki, artıq Nərimanoğlunu “Kəpəz”in Müşahidə Şurasında kimin əvəz edəcəyinə aydınlıq gəlib. Federasiyanın baş katibi Elxan Məmmədov bu gün jurnalistlərə “Kəpəz”in Müşahidə Şurasında AFFA-nı kimin təmsil edəcəyini açıqlayıb. Baş katibin dediyinə görə, bundan sonra Gəncə klubunun Müşahidə Şurasında federasiyanı İslam Abbasov təmsil edəcək.

İslam Abbasov AFFA-da bir müddət milli komandaların baş inzibatçısı vəzifəsində çalışıb.

Shares: