Topaz Premyer Liqasının 11-ci turunda “Qarabağ”ı qəbul edəcək “Kəpəz” bu oyuna hazırlığın Bakı hissəsini bu gün başa vurub. 

Futbolinfo.az xəbər verir ki, həftənin əvvəlindən paytaxtda hazırlıq keçən “sarı-göylər”in oyun öncəsi son məşqi Gəncədə olacaq. Sabah Nizami yurduna gələcək komanda matçın keçiriləcəyi şəhər stadionunda məşqə çıxacaq. 

Hazırlıq prosesi saat 16:00-a təyin olunub. Məşq mətbuat və azarkeşlər üçün açıq olacaq.  

Shares: