21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlarını keçirəcək. 

Futbolinfo.az xəbər verir ki, noyabrın 9-da Almaniya, 14-də isə Kosovo yığması ilə "Dalğa Arena”da qarşılaşacaq milli komandamızın heyətinə "Neftçi” və “Sumqayıt” klublarından da futbolçular cəlb olunub. AFFA hələlik, millimizin tam heyətini açıqlamasa da, sözügedən klublardan yığmamıza kimlərin çağırıldığı bəllidi. 

Belə ki, “Neftçi”nin 2 futbolçusu – Elnur Cəfərov və Anton Krivotsyuk millinin düşərgəsinə dəvət olunub. “Sumqayıt”ın isə 4 futbolçusu – Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə və Süleyman Süleymanov sözügedən toplanışda iştirak edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp