Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 12-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Dordrext”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.

Əzizov bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

"Den Boş" hazırda 19 xalla 20 klub arasında 6-cı pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp