Bu gün Topaz Premyer Liqada 11-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.

Öncə “Qəbələ” debütant “Səbail”i qəbul edib. Dörd qolun qeydə alındığı qarşılaşmada qələbəni meydan sahibləri bayram ediblər.

Digər qarşılaşmada isə “Keşlə” “Sumqayıt”ın qonağı olub. Bu, paytaxt təmsilçisinin Ramiz Məmmədovun rəhbərliyi altında ilk oyunu idi. Bu oyunda da qapılara 4 qol vurulub. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə seviniblər.

Topaz Premyer Liqası
11-ci tur

4 noyabr (şənbə)

“Qəbələ” – “Səbail” 3:1
Qol: F.Kone, 16. B.Dabo, 28; 83 – E.Yaqublu, 88.
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Elvin Əsgərov.
Qəbələ şəhər stadionu.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 28. Stiven Monroz, 34. Ürfan Abbasov (k), 45. Famussa Kone, 88. Tellur Mütəllimov, 90. Ekiqo Ehiosun.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 6. Elvin Məmmədov, 7. Alen Askerov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 12. Endi Hallidey, 16. Dion Omar Malone, 18. İlqar Qurbanov, 21. Deyv Bultuis, 29. Hacıağa Hacıyev, 70. Ülvi İsgəndərov.
Baş məşqçi: Roman Qriqorçuk.
“Səbail”: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 6. Murad Ağayev, 10. Nurlan Novruzov, 18. Adrian Popoviçi, 20. Elton Yaqublu (k), 21. Murtuz Abakarov, 26. Kamal Qurbanov, 35. Edqaras Zarskis, 69. Renan Telles, 99. Maudo Jarjue.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 11. Elman Taqayev, 13. Murad Musayev, 17. Vüqar Nadirov, 23. Stati Ayron, 66. Pərviz Qaraxanov, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı.
Baş məşqçi: Samir Əliyev.

“Sumqayıt”  – “Keşlə” 3:1
Qol: D.Silva, 30-öz qapısına. A.Yunanov, 52. A.Skarlatake, 71-öz qapısına – N.Hacıyev, 44.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov.
Kapital Bank Arena.

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 6. Kamal Mirzəyev, 17. Fərid Kərimzadə, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 71. Ramazan Həsənov, 90. Ramil Həsənov.
Baş məşqçi: Samir Abasov.
“Keşlə”: 1. Orxan Sadıqlı, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Mirsahib Abbasov, 8. Nizami Hacıyev (k), 9. Pərdis Fərcad-Azad, 10. Elnur Abdullayev, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 58. Sinan Akkoyun.
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 2. Sertan Taşkın, 6. Samir Zərgərov, 19. Mirhüseyn Seyidov, 33. Tərlan Quliyev, 39. Əlibəy Məmmədli, 40. Asif Vəliyev, 46. Əsəd Məsimov, 53. Emil Əliyev, 66. Murad Qayalı, 77. Oleq Hüseynov, 80. Rafael Məhərrəmli.
Baş məşqçi: Ramiz Məmmədov.

Turun digər oyunları sabah keçiriləcək: 5 noyabr (“Kəpəz” – “Qarabağ”, “Zirə” – “Neftçi”).

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp