Fransanın “Olimpik” (Marsel) klubu bir neçə gün öncə azarkeşi təpiklə vuran futbolçusu Patris Evranı heyətdən uzaqlaşdırıb.

Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Portuqaliyanın “Gimaraynş” klubu ilə səfər oyunu öncəsi meydançanın kənarında dayanmış azarkeşə təpik atan futbolçu baş hakim tərəfindən qırmızı vərəqə ilə cəzalanmışdı. Marsel klubu bu məsələ ilə bağlı araşdırmaya başlayıb. Araşdırmalar bitənə qədər isə Evra əsas komanda ilə məşq edə bilməyəcək. 

Qeyd edək ki, UEFA da bu məsələ ilə bağlı araşdırma aparır və böyük ehtimalla Patrisə bir neçə oyunluq cəza veriləcək.

207d270754b04bcead1d48020d5c0bc2.png?&mode=crop&w=940&h=626 - Futbolinfo.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp