Topaz Premyer Liqasının 11-ci turunda evdə “Səbail”ə 3:1 hesabıyla qalib gələn “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

– Əsas o idi ki, qəlbə qazandıq. Bu cür oyunlarda iki top vurduqdan sonra rəqibə daha da təzyiq olmalı idi. Ancaq tam əksinə oldu. İkinci qoldan sonra komandada rahatlıq yarandı.

– Oyun zamanı çox gərgin görünürdüz. Yetirmələrinizin hansı səhvləri sizi belə emosional etmişdi?
– Bunun birinci dəfə şahidi olurduz? (gülür). 

– “Qarabağ”la oyunda daha sakit idiz…
– Rəqiblərimizin hər birinə hörmət edirəm. “Qarabağ”la oyunda indikindən daha yaxşı, daha səhvsiz oynayırdıq. Ona görə, hər epizoda belə emosional münasibət bildirmirdim.

– Rəqibin baş məşqçisi dedi ki, “Qəbələ”dən daha güclü oyun gözləyirdi…
– Bu, onun fikridi. Onun fikirlərinə hörmət edirəm. 

– Yaranacaq fasilədə hansı planlarınız var? Ölkə xaricinə səfər gözlənilir?
– Heç bir planımz yoxdu, yəni, ölkə xaricinə yollanmayacağıq. Burda təlim-məşq toplanışı keçəcək və yoxlama oyununda qüvvəmizi sınayacağıq.

– Qarşıda “Neftçi” ilə oyununuz var. Ardıcıl dörd oyunda qalib gəliblər…
– “Neftçi” ilə bağlı əvvəllər də yüksək fikirdə olmuşam. Bundan öncə də, bu komandanın layiq olmadığı yerdə qərarlaşdığını bildirmişdim. Bu komanda ilə oyunumuz çətin keçəcək. (Komanda.az)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp