Topaz Premyer Liqasının 11-ci turunda Gəncə şəhər stadionunda "Qarabağ"ı qəbul edəcək "Kəpəz" bu gün Gəncəyə gəlib. 

Futbolinfo.az xəbər verir ki, “sarı-göylər" oyun öncəsi son məşqinə matça ev sahibliyi edəcək şəhər stadionunda çıxıb. Qarşıdakı görüşə hazırlığın əsas hissəsini Bakıda keçirən komandanın doğma meydandakı məşqi təxminən 1 saat sürüb. İsinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayan hazırlıq prosesi toplu çalışmalarla davam edib. Qapıya doğru zərbələrdən sonra isə futbolçular taktiki tapşırıqlar üzərində işləyiblər.

Qeyd edək ki, ağdamlılarla oyun öncəsi Gəncə klubunun heyətində ciddi itkilər var. Kərim Diniyev zədəli olduğundan “Qarabağ”a qarşı oynaya bilməyəcək. Komandanın daha bir əsas futbolçusu Samba Diallo isə oyuna tam hazır deyil və bu səbəbdən heyətdən kənarda qalıb.

“Kəpəz” – “Qarabağ” oyunu sabah saat 15:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp