Futbol üzrə Türkiyə Super Liqasında 11-ci tur həyəcanı davam edir.

Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda lider “Qalatasaray” “Gənclərbirliyi”ni qəbul edib. 6 qolun qeydə alındığı görüşdə "sarı-qırmızılar" darmadağına seviniblər.

İkinci oyun günündə "Fənərbaxça"nın səfərdə "Osmanlıspor" üzərində qələbəni son anda əldən verməsi diqqətçəkən olub. "Trabzonspor" da "Kayserispor"la bacarmayıb. "Kasımpaşa" – "Bursaspor" matçında qapılara 4 qol vurulsa da, bu oyunda da qalib müəyyənləşməyib. Günün yeganə qalibi "Karabükspor"u məğlub edən "Antalyaspor" olub.

Türkiyə Super Liqası
11-ci tur

3 noyabr

Qalatasaray – Gənclərbirliyi 5:1
Qol: Mariano, 7. Maykon, 43. Qomis, 46; 81-pen. T.Cigerçi, 50 – Şkekiç, 84.

4 noyabr

Kasımpaşa – Bursaspor 2:2
Qol: Eduok, 32. Mensah, 37 – E.Ersoy, 89. Behiç, 90.

Kayserispor – Trabzonspor 0:0

Antalyaspor – Karabükspor 2:1
Qol: Etoo, 4; 65 – Yatabare, 60.

Osmanlıspor – Fənərbaxça 1:1
Qol: Umar, 89 – Julyano, 7.

5 noyabr

15:00 Akhisar – Alanyaspor
17:30 Yeni Malatyaspor – Başakşəhər 
20:30 Göztəpə – Beşiktaş 
20:30 Sivasspor – Konyaspor

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp