Futbol üzrə İngiltərə Premyer Liqasında 11-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Stok Siti” “Lester Siti”ni qəbul edib. 4 qolluq matçda qalib müəyyənləşməyib.

Səfərdə "Vest Hem"lə qarşılaşan "Liverpul" isə 3 xalı 4 qolla qazanıb. "Nyukasl" evdə "Bornmut"a, "Sauthempton" "Bernli"yə, "Suonsi Siti" isə "Brayton"a uduzub. Doğma meydanda yalnız "Vest Hem"i məğlub edən "Haddersfild" 3 xalı bayram edib.

İngiltərə Premyer Liqası
11-ci tur

4 noyabr

Stok Siti – Lester Siti 2:2
Qol: Şakiri, 39. Krauç, 73 – İborra, 33. Mahrez, 60.

Haddersfild – Vest Bromviç 1:0
Qol: Parra, 44.

Nyukasl – Bornmut 0:1
Qol: Kuk, 90.

Sauthempton – Bernli 0:1
Qol: Vouks, 81.

Suonsi Siti – Brayton 0:1
Qol: Murrey, 29.

Vest Hem – Liverpul 1:4
Qol: Lanzani, 55 – Salah, 21; 75. Matip, 24. Oksleyd-Çemberleyn, 56.

5 noyabr

16:00 Tottenhem – Kristal Pelas
18:15 Mançester Siti – Arsenal 
20:30 Çelsi – Mançester Yunayted 
20:30 Everton – Uotford

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp